Son bir ayda özünüməşğulluq proqramı üzrə 1200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Bakı, 10 iyul, ARHD.AZ


  

Son bir ayda özünüməşğulluq proqramı üzrə 1200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, ötən ay paytaxt və regionlarda 1 192 işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarəolunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.

Baxış sayı: 6 574

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə