Bakı, 2 iyul, ARHD.AZ
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Beyləqanda vətəndaşların müraciətlərini dinləyəcək
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov iyulun 22-də Beyləqan rayonunda vətəndaşların müraciətlərini dinləyəcək.
ADSEA-dan ARHD.AZ-a bildirilib ki, Agentliyin sədri Zaur Mikayılovun iyun ayında keçirilməli olan vətəndaş qəbulunun tarixi iyulun 22-nə dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Beyləqan rayonunda Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri üçün nəzərdə tutulub.






















