Ersin Tatar: Türk dövlətləri sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidir

Bakı, 2 iyul, ARHD.AZ




Ersin Tatar: Türk dövlətləri sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidir


Dünyada müxtəlif münaqişələr davam edərkən Şimali Kipr və Azərbaycan birlikdə addımlar atmalıdır.

ARHD.AZ xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) Fəxri doktor diplomunun təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, türk dövlətləri bir olmalı, həmçinin sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidirlər.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti sabah İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacağını bildirərək deyib: “Zirvə görüşündə bu təşkilata üzv ölkələr ilə başda turizm, ali təhsil və ticarətin inkişafı olmaqla, müxtəlif istiqamətlərdə əlaqələr quracağıq”.

Baxış sayı: 4 326

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə