Bakı, 1 iyul, ARHD.AZ




Müdafiə Nazirliyi digər dövlət qurumları ilə birlikdə maarifləndirici tədbirləri davam etdirir


Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında təsdiq edilmiş birgə planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin, Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının iştirakı ilə “Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən ARHD.AZ-a bildirilib ki, tədbir çərçivəsində dinləyicilərə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Baxış sayı: 7 648

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə