BMT: İnsan hüquqları iqlim dəyişikliyi ilə mübarizədə güclü rıçaq ola bilər

Bakı, 1 iyul, ARHD.AZ




BMT: İnsan hüquqları iqlim dəyişikliyi ilə mübarizədə güclü rıçaq ola bilər


BMT-nin insan hüquqları üzrə Ali komissarı Volker Türk bildirib ki, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi ilə mübarizə fonunda insan hüquqlarının müdafiəsinə daha çox diqqət ayırmalıdır.

ARHD.AZ  BMT-nin məlumatına istinadla xəbər verir ki, Cenevrədə İnsan Haqları Şurasında çıxış edən Volker Türk deyib: “Biz insanları iqlim xaosundan qorumaq, onların gələcəyini təmin etmək, təbii ehtiyatları insan hüquqlarına və ətraf mühitə hörmət edən üsullarla idarə etmək üçün lazım olan addımları atırıqmı? Bu sualın cavabı sadədir – bu sahələrdə kifayət qədər iş görmürük”.

Ali komissar vurğulayıb ki, iqlim dəyişikliyi fonunda insan haqları, xüsusən də ən həssas təbəqələr üçün ciddi risklər təqdim etsə də, bu, həm də irəliləyiş üçün güclü bir rıçaq ola bilər. Bu fəaliyyətin mərkəzində ekoloji dağıdıcı fəaliyyətlərdən uzaq “ədalətli keçid” durur. “İndi cəmiyyətlərimizi, iqtisadiyyatlarımızı və siyasətimizi ədalətli və davamlı şəkildə yenidən nəzərdən keçirməyin zəruriliyini göstərən bir yol xəritəsinə ehtiyac var”, -deyə o qeyd edib.

BMT-nin insan hüquqları üzrə ali hökumətlərarası orqanı olan Şuranın insan hüquqları ilə iqlim dəyişikliyi arasındakı əlaqəni araşdırdığı əsas yollardan biri layiqli əmək hüququ olub.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmisi Mustafa Kamal Queye xəbərdarlıq edib ki, dünyada mövcud iqlim trayektoriyası davam edərsə, 2030-cu ilədək 80 milyon iş yeri itiriləcək. “Qlobal işçi qüvvəsinin 70 faizindən çoxu - 2,4 milyard insan əmək prosesində həddindən artıq istiyə məruz qalacaq. İqlimdən ən çox təsirlənən 20 ölkədə işçilərin cəmi 9 faizindən azı sosial müdafiəyə malikdir. Sosial müdafiəyə investisiyalar genişləndirilməlidir və bu, kortəbii reaksiyalardan institusionallaşdırılmış və hüquqa əsaslanan yanaşmalara keçməlidir”, -deyə BƏT nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, aşağı karbonlu iqtisadiyyatlara doğru keçid 2030-cu ilə qədər potensial olaraq 100 milyondan çox yeni iş yeri yarada bilər. Bununla belə, bu iş yerləri başqalarının itirildiyi yerlərdə yaranmaya bilər ki, bu da güclü təhlükəsizlik şəbəkələrinə və planlaşdırmaya ehtiyacı artırır.

Baxış sayı: 6 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə