Mütəxəssis: Elektron resept sistemi həkim, pasiyent və aptek arasında əlaqəni daha şəffaf və təhlükəsiz edir

Bakı, 1 iyul, ARHD.AZ




Mütəxəssis: Elektron resept sistemi həkim, pasiyent və aptek arasında əlaqəni daha şəffaf və təhlükəsiz edir


Elektron resept sistemi həkim, pasiyent və aptek arasında əlaqəni daha şəffaf və təhlükəsiz edir. Bu sistem dərmanların düzgün istifadəsini təmin edir, özbaşına dərman qəbulunun qarşısını alır. Artıq reseptlər rəqəmsal sənəd kimi təqdim olunur, saxtakarlıq halları istisna edilir və dərman yalnız həkim göstərişi ilə təyin olunur.

ARHD.AZ xəbər verir ki, bunu 93 FM-in “Sağlam radio” verilişində çıxış edən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Zakir Quliyevin sözlərinə görə, sistem xroniki xəstələr üçün təkrar reseptləri asanlaşdırır, eyni zamanda, dərmanların qarşılıqlı təsir riskini azaldır və yanlış istifadənin qarşısını alır.

Mütəxəssis əlavə edib ki, elektron resept təkcə texnoloji yenilik deyil, səhiyyə sistemində əsaslı islahatların vacib hissəsidir. O bildirib ki, vətəndaşların bu sistemə düzgün yanaşması gələcəkdə daha geniş rəqəmsal səhiyyə həllərinin tətbiqinə zəmin yaradacaq.

Baxış sayı: 4 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə