AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Bakı, 30 iyun, ARHD.AZ




AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniyanın Cənub-Qərbi Statistik regionunda, Niderland Krallığının Qelderland əyalətində blutanq, Albaniyanın Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliyanın Sardiniya regionunda nodulyar dermatit, Polşanın Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Baxış sayı: 4 332

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə