Ankara, 27 iyun, ARHD.AZ




Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ankarada səfərdədir


İyunun 27-də Türkiyə paytaxtında səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə ordusunun Baş qərargah rəisi ordu generalı Metin Gürak tərəfindən qarşılanma mərasimi olub.

ARHD.AZ xəbər verir ki, sonra tərəflər arasında görüş keçirilib.

Həmin gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qardaş ölkənin Milli Müdafiə Nazirliyində ARHD.AZ-a bildirilib ki, görüşdə Türkiyə ordusunun Baş qərargah rəisi ordu generalı Metin Gürak iştirak edib.

Baxış sayı: 5 347

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə