Türkiyə Prezidentinin baş müşaviri Berlində “Eurofighter” təyyarələrinin tədarükünü müzakirə edib

Ankara, 27 iyun, ARHD.AZ




Türkiyə Prezidentinin baş müşaviri Berlində “Eurofighter” təyyarələrinin tədarükünü müzakirə edib


Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç “Eurofighter” qırıcılarının tədarükü məsələsini müzakirə etmək üçün Berlinə səfər edib.

ARHD.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Kılıç bu yaxınlarda Almaniya Kansleri Fridrix Mertslə görüşən Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Almaniyaya gedib. NATO-nun Haaqa sammiti çərçivəsində iki liderin görüşünün gündəliyinə Türkiyənin dördüncü nəsil təyyarələri satın alması mövzusu da daxil edilib.

Türkiyə Prezidentinin baş müşaviri sosial şəbəkədə yazıb ki, Almaniya rəsmiləri ilə “iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələsi ilə bağlı danışıqlar çox konstruktiv məcrada keçib”.

Türkiyənin Milli Müdafiə Nazirliyi bundan əvvəl Avropa istehsalçıları ilə 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin tədarükü üçün müqaviləni müzakirə etdiyini açıqlamışdı.

Baxış sayı: 4 326

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə