Qazaxıstan Parlamenti üzü örtən geyimlərin qadağan edilməsi ilə bağlı düzəlişləri təsdiqləyib

Astana, 26 iyun, ARHD.AZ




Qazaxıstan Parlamenti üzü örtən geyimlərin qadağan edilməsi ilə bağlı düzəlişləri təsdiqləyib


Qazaxıstan Məclisinin deputatları plenar iclasda ictimai yerlərdə üzü örtən geyimlərin qadağan edilməsini nəzərdə tutan qanuna senatorların təklif etdiyi düzəlişlərlə razılaşıblar.

ARHD.AZ Qazaxıstan mediasına istinadla xəbər verir ki, daha əvvəl Senatın deputatı Naurızbay Baykadamov bu qadağanın xidməti zərurət, tibbi göstərişlər, hava şəraiti, eləcə də idman və mədəni tədbirlərdə iştirak hallarına şamil olunmadığını dəqiqləşdirib.

Qeyd olunan tədbir ictimai yerlərdə törədilən hüquq pozuntuları və cinayətlərin qarşısının alınmasında effektivliyi artırmaq, üz tanıma imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır.

Baxış sayı: 4 442

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə