Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə təhvil verilib

Bakı, 25 iyun, ARHD.AZ





Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə təhvil verilib


Rusiya Federasiyasının vətəndaşı, 1995-ci il təvəllüdlü Sexran Ablaqa oğlu Zeynalovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğunun mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, Rusiyada satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə və saxlama əməlinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş S. Zeynalov cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanına təhvil verilib.

Baxış sayı: 4 350

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə