19.03.2025  ARHD.AZ

Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir


  2002-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Trofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin  Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

  Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

  "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Baxış sayı: 4 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə