Azərbaycanda antikorrupsiya standartı hazırlanır

Bakı, 24 iyun, ARHD.AZ




Azərbaycanda antikorrupsiya standartı hazırlanır


Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri" standartının yenilənməsi istiqamətində işlərə başlayıb.

ARHD.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə “Standartın rolu və əhəmiyyəti” mövzusunda keçirilən seminarda çıxış edərək deyib.

Onun sözlərinə görə, AZSTAND-ın əməkdaşları artıq bu standartın 2025-ci ildə qüvvəyə minəcək yeni versiyasını hazırlayıb və aidiyyəti üzrə təqdim ediblər.

“Hazırda sənəd texniki komitədə müzakirə mərhələsindədir. Standartların qəbul prosesi müəyyən prosedurlar əsasında həyata keçirilir. Texniki komitə ilkin razılıq verdikdən sonra təqdim edilən sənədlər ekspertiza mərhələsinə daxil edilir. Ekspertiza başa çatdıqdan və rəy verildikdən sonra standart rəsmi şəkildə qəbul olunur. Hazırda qüvvədə olan versiya standartın əvvəlki köhnə variantıdır. Yeni versiyanın qəbulundan sonra bu sənəd qüvvədən düşəcək və 2025-ci il versiyası hüquqi qüvvə qazanacaq”, - deyə Kəmalə Məmmədzadə qeyd edib.

Baxış sayı: 3 240

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə