Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığı proqramı hazırlanacaq

Bakı, 20 iyun, ARHD.AZ




Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığı proqramı hazırlanacaq


Azərbaycan və Özbəkistan 2025-2026-cı illər üçün sənaye əməkdaşlığı proqramı hazırlayacaq.

ARHD.AZ xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan Regionlararası Forumda çıxışı zamanı bildirib.

“Özbəkistan Azərbaycanda əlaqələrini fəal inkişaf etdirmək, Azərbaycanın biznes nümayəndələrini Özbəkistan iqtisadiyyatının təklif etdiyi imkanlarla tanış etmək üçün ticarət evlərini genişləndirmək niyyətindədir. Biz də Azərbaycan istehsalçılarının öz məhsullarını Özbəkistan bazarında təqdim və təşviq etmələri üçün imkanlar yaradacağıq”, - deyə Laziz Kudratov vurğulayıb.

Baxış sayı: 6 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə