Bakı, 18 iyun, ARHD.AZ




“Fənərbağça”nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb


"Qarabağ" klubunun baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.

ARHD.AZ xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.

Sonda Ali Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Baxış sayı: 4 557

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə