AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib

Bakı, 17 iyun, ARHD.AZ




AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib


Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və daha əlçatan olması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi sürücüləri üçün təlimlər davam etdirilir.

AYNA-dan ARHD.AZ-a bildirilib ki, bugünədək 46 min 656 sürücü nəzəri və praktiki təlimlərə cəlb olunub. Proqramın yekununda Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan təşkil edilir. İndiyədək 35 min 929 sürücü imtahandan keçib.

Qeyd edək ki, təlim zamanı iştirakçılara taksi ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.

Baxış sayı: 5 644

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə