Kəlbəcər, Laçın, Ağdərə və Xocalının ərazilərini əhatə edəcək yeni milli park yaradılacaq

Xankəndi, 13 iyun, ARHD.AZ




Kəlbəcər, Laçın, Ağdərə və Xocalının ərazilərini əhatə edəcək yeni milli park yaradılacaq


İşğaldan azad edilmiş Kəlbəcər, Laçın, Ağdərə və Xocalının ərazilərini əhatə edəcək yeni milli park yaradılacaq.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Bununla əlaqədar, nazirlik tərəfindən Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb. Hazırda sözügedən xəritə-sxem münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib və həmin qurumlar ilə işçi qaydada müzakirələr davam etdirilir.

Baxış sayı: 3 466

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə