İşğaldan azad edilmiş rayonlarda yaşıllıq sahələrinin yaradılması ilə bağlı görülən işlər açıqlanıb

Xankəndi, 13 iyun, ARHD.AZ




İşğaldan azad edilmiş rayonlarda yaşıllıq sahələrinin yaradılması ilə bağlı görülən işlər açıqlanıb


İşğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmış torpaq sahələrində Zəngilan rayonu ərazisində 55 hektar, Cəbrayılda 50 hektar, Ağdamda 11 hektar və Füzulidə 16 hektar yeni yaşıllıq sahəsi salınıb.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayılda 72 hektar, Zəngilanda 142 hektar, Qubadlıda 70 hektar, Füzulidə isə 2 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub.

Həmçinin 2025-ci ilin payız əkin mövsümündə Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının meşə fondu sahələrində azı 240 hektar ərazidə meşəbərpa tədbirlərinin aparılması planlaşdırılıb və hazırda bununla bağlı müvafiq hazırlıq işləri görülür.

Baxış sayı: 4 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə