Bakı, 11 iyun, ARHD.AZ



FHN-in Qarabağ Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyini keçirib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib.

FHN-in təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən ARHD.AZ-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrinin qatıldığı yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası I, Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbin komandası II, Tərtər şəhər 1 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Baxış sayı: 2 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə