Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib

Bakı, 11 iyun, ARHD.AZ




Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib


Bu ilin yanvar-may aylarında Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

ARHD.AZ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 103 yeni subdomen də verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz azdır. Eləcə də ötən dövr ərzində Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.

Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.

Baxış sayı: 3 431

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə