“PAŞA Bank” Qarabağda fəaliyyət göstərən tərəfdaş şirkətlərlə 5 milyard manatlıq müqavilə imzalayıb

Bakı, 10 iyun, ARHD.AZ



“PAŞA Bank” Qarabağda fəaliyyət göstərən tərəfdaş şirkətlərlə 5 milyard manatlıq müqavilə imzalayıb


2021-ci ildən bu günədək Qarabağ regionunda fəaliyyət göstərən tərəfdaş şirkətlər tərəfindən ümumilikdə 5 milyard manat dəyərində müqavilə imzalanıb.

ARHD.AZ xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu müqavilələr çərçivəsində “PAŞA Bank” tərəfindən ümumilikdə 300 milyon manat məbləğində maliyyələşmə təmin edilib.

“Bunun 200 milyon manatı qeyri-nağd öhdəliklər, 100 milyon manatı nağd maliyyələşmədir. “PAŞA Bank” Qarabağ və Zəngəzurda turizm və xidmət infrastrukturunun qurulması, regionlarda yol və nəqliyyat bağlantılarının inkişafı, su ehtiyatlarının idarə olunması, bank xidmətlərinin əlçatanlığının artırılması kimi sahələrə töhfə verir”, - deyə Cavid Quliyev vurğulayıb.

Baxış sayı: 5 446

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə