Bakı, 6 iyun, ARHD.AZ



Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına start verilib.

IDEA-dan ARHD.AZ-a bildiriblər ki, “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyası ilk olaraq Yevlax rayonunda reallaşdırılıb və 100 aztəminatlı ailəyə qurban payları təqdim olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Baxış sayı: 5 643

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə