Bakı, 5 iyun, ARHD.AZ




Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib


“Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

ARHD.AZ  xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Baxış sayı: 6 578

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə