10 may 2025-ci il tarixində Sankt-Peterburq və Leninqrad vilayətində yaşayan azərbaycanlı icmasının nümayəndələri ümummilli lider Heydər Əlirza oğlu Əliyevin barelyefinə gül dəstələri qoyublar. Təntənəli tədbir, 1949–1950-ci illərdə görkəmli dövlət xadiminin təhsil aldığı Qoroxovaya küçəsi 6-cı ünvanında yerləşən binanın qarşısında baş tutub.
 
Gülqoyma mərasimi müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynamış bir şəxsə dərin ehtiramın, minnətdarlığın və xatirənin simvolu oldu.
Tədbir iştirakçıları tarixi yaddaşın qorunmasının və onun gənc nəsillərə ötürülməsinin vacibliyini vurğuladılar.
 
Tədbir Rusiya Federasiyası Sankt-Peterburq və Leninqrad vilayəti üzrə “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatı tərəfindən təşkil olunmuşdur.
 
Heydər Əliyevin xatirəsi bütöv bir dövrün yaddaşıdır. Onun ideyaları, Vətənə sədaqəti və xalqına olan sevgisi bu gün də milyonlarla insan üçün ilham mənbəyidir.
Baxış sayı: 8 819

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə