Beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində ARHD.AZ saytının ictimai-siyasi təhsisçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zəlov və Ekspert Niyaməddin Hüseynovla bərabər hazırda Moskva şəhərində ezamiyyətdədir. Saytımızın Rusiyadakı təmsilçiləri Moskova şəhərinə işgüzar səfər edib, mühüm görüşlər keçirib. Səfərin məqsədi Azərbaycan-Rusiya arasında mədəniyyət, təhsil və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsidir. Bununla yanaşı, saytımız hüquqi sahələrdə müxtəlif tərəfdaşlıq imkanlarını araşdırmış, gələcək əməkdaşlıq yolları ilə bağlı mühüm razılaşmalar əldə etmişdir. Səfər müddətində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. Səfərin məqsədi, Azərbaycanın beynəlxalq əlaqələrində daha da güclü mövqeyinin təmin olunması və strateji tərəfdaşlıqların inkişaf etdirilməsidir.

Səfər 9 May – Qələbə Günü və eyni zamanda ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən tədbirlərlə eyni vaxta təsadüf etmişdir. ARHD.AZ saytı olaraq, bu əlamətdar günlərdə ölkəmizin müstəqilliyi və tərəqqisi naminə göstərilən əzmlə aparılan işlərin təbliğinə öz töhfəmizi verməkdən qürur duyuruq.

Baxış sayı: 7 810

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə