Aleksandr Osmolovski: Belarusda Azərbaycan kapitallı 156 şirkət fəaliyyət göstərir

Bakı, 5 may, ARHD.AZ




Aleksandr Osmolovski: Belarusda Azərbaycan kapitallı 156 şirkət fəaliyyət göstərir


Belarusda Azərbaycan kapitalı ilə 156 şirkət fəaliyyət göstərir ki, bunlar da ölkənin müxtəlif regionlarında istehsal sahələri yaradıblar.

ARHD.AZ xəbər verir ki, bu sözləri Belarus Universal Əmtəə Birjasının İdarə Heyətinin sədri Aleksandr Osmolovski Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Belarusda keçirilən birja ticarətində Azərbaycan kapitalı 3-cü yeri tutub.

“Belarusda fəaliyyət göstərən biznes strukturları da Azərbaycanda istehsal və emal müəssisələri qurmaq niyyətindədirlər. Belarus əsasən aqrar məhsullar istehsal edən ölkədir və bu baxımdan kənd təsərrüfatı sahəsində daha sıx əməkdaşlıq əlaqələri qurmaq və qarşılıqlı sərmayənin həcmini artırmaq olar. Azərbaycanda xarici sərmayə üçün münbit imkanlar var. Bizim iş adamları bundan səmərəli istifadə etməlidirlər. Bu gün Bakıda keçirilən biznes-forumda kənd təsərrüfatı sahəsində əməkdaşlığın müzakirəsi tərəflər üçün faydalı olar”, - deyə A.Osmolovski vurğulayıb.

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə