Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Xaçmazda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Xaçmaz, 5 may, ARHD.AZ




Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Xaçmazda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb


Mayın 4-də Xaçmaz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən ARHD.AZ-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlət qeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətində hərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həyatını itirib, avtomobildə olan sərnişinlər - T. Həsənbəyovun azyaşlı oğlu, qayınanası və qayınatası müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

“Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkün olmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!”, - deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə