Bakı, 2 may, ARHD.AZ



Panel iclas: Ekspertlər kibertəhlükələr və informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr aparıblar


Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum çərçivəsində sonuncu panel iclas keçirilib.

ARHD.AZ xəbər verir ki, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel iclasa Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova moderatorluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev hazırda kibertəhdidlərin, onlayn oğurluq hallarının onları narahat edən əsas məsələlərdən biri olduğunu deyib. E.Hacıyev vətəndaşların bank kartları ilə bağlı məlumatlarının digər şəxslərlə paylaşılmamasını tövsiyə edib. Həmçinin informasiya təhlükəsizliyinin görünməyən silah olduğunu diqqətə çatdıran E.Hacıyev vətəndaşların bu istiqamətdə maarifləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev kiberməkanda mövcud olan təhlükələrin dövlət qurumlarının daim diqqət mərkəzində olduğunu qeyd edib. Həmçinin saxta yayılan informasiyalarla bağlı media orqanlarının üzərinə çox böyük iş düşdüyünü diqqətə çatdırıb. Eyni zamanda, S.Hacıyev çıxışında kiberməkanda törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğa məlumat verilməsinə də çağırış edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov dövlət qurumlarına müxtəlif növ hücumların olduğunu bildirib. O, həmçinin informasiya təhlükəsizliyinin təmin olunmasını vacib amil hesab edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev ölkədə rəqəmsallaşmanın artmasının Azərbaycanı regionda lider dövlətinə çevirdiyi vurğulayıb. O, vətəndaşların vəsaitlərinin oğurlanması ilə bağlı onlara çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib. E.Şahverdiyev kibertəhdidlərin gündən-günə artdığını vurğulayaraq bununla bağlı maarifləndirmə tədbirlərinin vacib olduğunu diqqətə çatdırıb.

Panel sessiyası sual-cavab formatında davam etdirilib.

Baxış sayı: 5 674

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə