Dövlət Təhlükəsizliyi Xidməti və Onun Fəaliyyətində Yeni Mərhələ

Müasir və müstəqil Azərbaycan Respublikasının dövlətçilik dayaqları arasında milli təhlükəsizlik xüsusi yer tutur. Dövlətin suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi və xalqın rifahının qorunması – bu müqəddəs vəzifələrin icrası bilavasitə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunmuşdur. Bu Xidmət yalnız əməliyyat-strateji səviyyədə deyil, həm də mənəvi və ideoloji aspektlərdə dövlətçiliyə sədaqətin rəmzinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və etimadı ilə 2019-cu ildən etibarən DTX-yə rəhbərlik edən general-polkovnik Əli Nağıyev bu strateji qurumun fəaliyyətində yeni bir mərhələnin əsasını qoymuşdur. Onun rəhbərliyi ilə Xidmət həm struktur, həm də funksional baxımdan dinamik inkişaf edərək milli təhlükəsizlik sistemində müasir çağırışlara cavab verən bir nümunəyə çevrilmişdir.

Əli Nağıyev – dövlətə sədaqəti, prinsipiallığı, müdrikliyi və dərin analitik təfəkkürü ilə seçilən yüksək rütbəli hərbi rəhbərdir. Onun şəxsi nümunəsi, idarəetmə üslubu və dövlətçiliyə sonsuz sədaqəti DTX-nin fəaliyyətində keyfiyyətcə yeni yanaşmaların əsasını təşkil edir.

Əli Nağıyevin rəhbərliyi altında DTX tərəfindən həyata keçirilmiş yüksək peşəkarlıqla icra olunan əməliyyatlar təkcə təhlükəsizlik sahəsində deyil, həm də korrupsiyaya qarşı mübarizə, ictimai sabitliyin təmin olunması və hüquqi dövlət quruculuğunda mühüm rol oynamışdır. Xüsusilə son illərdə milli maraqlara təhdid yaradan hər bir qüvvəyə qarşı qətiyyətli və hüquqi əsaslara söykənən tədbirlər Azərbaycan vətəndaşlarında dövlətə inamı daha da möhkəmləndirmişdir.

Əli Nağıyev milli təhlükəsizlik sistemində çevik idarəetmə modelini tətbiq etməklə, müasir texnologiyalar və innovativ yanaşmaların DTX-nin gündəlik fəaliyyətinə inteqrasiyasını təmin etmişdir. Eyni zamanda, o, gənc kadrların yetişdirilməsinə xüsusi diqqət yetirir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət peşəkar komandanın formalaşmasına şərait yaradır.

Əli Nağıyev həmçinin beynəlxalq təhlükəsizlik platformalarında Azərbaycan Respublikasının maraqlarını yüksək səviyyədə təmsil edir. Xarici tərəfdaşlarla əməkdaşlıqda onun diplomatik çevikliyi, strateji baxışları və qlobal təhdidlərə dair dərin anlayışı Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Dövlət Təhlükəsizliyi Xidməti bu gün Azərbaycan Respublikasının sabitliyi və təhlükəsizliyinin təməl sütunlarından biri olaraq dövlətin dayanıqlı inkişaf konsepsiyasına mühüm töhfə verməkdədir. Əli Nağıyevin rəhbərliyi ilə qurum yalnız təhlükəsizlik təminatçısı deyil, həm də milli ruhun, vətənpərvərliyin və hüquqsevərliyin təbliğatçısıdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasətini əsas tutaraq, Əli Nağıyev rəhbərlik etdiyi Dövlət Təhlükəsizliyi Xidmətini zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirməklə yanaşı, dövlətə sədaqətin ali örnəyini nümayiş etdirir.

Bu gün Azərbaycan vətəndaşları DTX-nin fəaliyyətinə sonsuz güvən bəsləyir. Xalq yaxşı bilir ki, onun arxasında müdrik, prinsipial və vətənpərvər bir rəhbər dayanır.

 

 

 


Baxış sayı: 9 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə