Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

Bakı, 24 mart, ARHD.AZ




Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb


Xətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən ARHD.AZ-a bildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Baxış sayı: 5 471

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə