Dələduzluq edənlər saxlanılıblar

Bakı, 11 fevral, ARHD.AZ

Dələduzluq edənlər saxlanılıblar


Paytaxtın müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyininmətbuat xidmətindən ARHD.AZ -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudov da tutulub.

Baxış sayı: 3 228

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə