ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

Vaşinqton, 21 mart, ARHD.AZ



ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır


ABŞ yeni nəsil F-47 döyüş təyyarəsinin istehsalına başlayacaq.

ARHD.AZ-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp müdafiə katibi Pit Heqset ilə birgə çıxışında elan edib.

“Mənim göstərişimlə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri dünyanın ilk altıncı nəsil döyüş təyyarəsi ilə təmin ediləcək. Dünyada heç nə onunla müqayisə belə edilə bilməz. O, F-47 kimi tanınacaq”, - deyə Tramp deyib.

Prezident daha sonra əlavə edib ki, F-47-nin sınaq versiyası təxminən beş ildir uçur.

Məlumata əsasən, F-47 təyyarəsinin Hərbi Hava Qüvvələri üçün istehsalı “Boeing” şirkəti tərəfindən həyata keçiriləcək.

Baxış sayı: 4 557

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə