Rəsmi Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin noyabrın 27-nə qədər Ukraynadakı münaqişənin həlli üçün yeni plan imzalamasını gözləyir.


ARHD.AZ xəbər verir ki, bu barədə məşhur "Financial Times" nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.


"ABŞ rəsmiləri Zelenskinin gələn həftənin cümə axşamına qədər sazişi imzalamasını gözləyirlər ki, bunu ayın sonunda Moskvada təqdim edə bilsinlər", - nəşr yazıb.


Plana əsasən, sənədlər imzalanandan sonra Rusiya tərəfinə təqdim olunacaq. Münaqişənin həllinin bütün mərhələlərini 2025-ci ilin dekabrına qədər tamamlamaq məqsədi ilə bu prosesin noyabrın sonunadək başa çatdırılması gözlənilir.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.

Baxış sayı: 2 818

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə