ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanması üzrə planı Donbasın Rusiyaya icarəyə verilməsini nəzərdə tutur.


ARHD.AZ -ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri mənbələrə istinadən yazıb.


Saziş Ukraynanın Donbas üzərində nəzarəti güzəştə getməsini, lakin, eyni zamanda, mülkiyyət hüquqlarını qanuni olaraq özündə saxlamasını nəzərdə tutur. Bu arada Rusiyanın icarə haqqı ödəyəcəyi də ehtimal edilir, lakin nəşrin mənbələri məbləği açıqlamayıblar.


Trampın təklif etdiyi münaqişənin nizamlanmasının digər şərtləri arasında qəzet Ukrayna Silahlı Qüvvələrinin sayının yarıya endirilməsini və Kiyevin uzaqmənzilli raketlərə sahib olmasının qadağan olunmasını qeyd edir. Bundan əlavə, sülh planı xarici qoşunların Ukrayna ərazisində yerləşdirilməsinin qadağan edilməsini və ABŞ tərəfindən Kiyevə hərbi yardımının dayandırılmasını da nəzərdə tutur.


Mənbələrin iddia etdiyi kimi, Trampın planındakı bəndlərdən biri də rus dili ilə bağlıdır ki, dilin Ukraynada rəsmi dil kimi qəbul olunması təklif edilir.


Qeyd edək ki, daha əvvəl "Axios" və "Financial Times" qəzetləri Ukraynadakı münaqişənin nizamlanması üzrə ABŞ-nin yeni planının 28 bənddən ibarət olduğunu və Qərb KİV-in "Rusiyaya böyük güzəştlər" adlandırdığı müddəaları ehtiva etdiyini bildirmişdilər. "Financial Times" mənbələrinə görə, sənəd Ukrayna tərəfinə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff tərəfindən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşü zamanı təqdim edilib.


Xatırladaq ki, Ankarada Ukrayna Prezidenti Volodimir Zelenskinin bu sazişin şərtlərini müzakirə etmək üçün Uitkoffla görüşməsi planlaşdırılırdı. Lakin Ukrayna lideri ABŞ-nin yeni sülh planını müzakirə etməkdən imtina edib və bunun əvəzinə Avropa tərəfdaşları ilə birgə hazırlanmış alternativ sənədi Türkiyəyə gətirib. Bundan sonra Zelenski ilə Uitkoff arasında görüş ləğv edilib.

Baxış sayı: 2 791

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə