Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib

London, 15 iyul, ARHD.AZ




Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə iyulun 4-də apardığı telefon danışığında Kiyevin Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya hücum etmə imkanlarını müzakirə edib.

ARHD.AZ xəbər verir ki, bu barədə məsələ ilə tanış şəxslərə istinadən “Financial Times” məlumat yayıb.

Məlumata görə, Tramp Zelenskiyə Moskvaya və Sankt-Peterburqa zərbə endirib-endirə bilməyəcəyini soruşub. Ukrayna lideri isə bu halda lazımi silahlar təmin olunarsa, bunu edə biləcəklərini bildirib: “Əlbəttə. Əgər siz bizə bu imkanları verərsinizsə, biz edə bilərik”,- deyə Zelenski cavabında bildirib.

Trampın bu mövqeyi onun əvvəlki bəyanatlarından ciddi şəkildə fərqlənir. Xatırladaq ki, Tramp daha öncə ABŞ-ın xarici münaqişələrdə iştirakına son qoymaq və Rusiya-Ukrayna müharibəsini bir günə bitirmək vədi ilə çıxış edirdi.

İddialara əsasən, Tramp bu strategiyanı Rusiyaya təzyiq göstərmək, onları itki və təhdid hissinə salmaqla Kremlə danışıqlar masasına oturmağa məcbur etmək vasitəsi kimi qiymətləndirib.O, bu fikirlərini Rusiya Prezidenti Vladimir Putinlə etdiyi və narazı qaldığı telefon danışığından bir gün sonra səsləndirib.

Qərb rəsmiləri də bu cür yanaşmanın Ukraynaya uzun mənzilli raketlərin verilməsi ideyasına dəstəyin artdığını göstərdiyini bildirirlər. ABŞ və Ukrayna tərəfi bu danışıq barədə şərh verməkdən imtina edib.

Baxış sayı: 6 791

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə