Fransanın Baş naziri dövlət büdcəsinə 40 milyard avro qənaət etməyi planlaşdırır

Bakı, 15 iyul, ARHD.AZ



Fransanın Baş naziri dövlət büdcəsinə 40 milyard avro qənaət etməyi planlaşdırır


İyulun 15-də Fransanın Baş naziri Fransua Bayru dövlət büdcəsini 40 milyard avro ixtisar etmək niyyətində olduğunu açıqlayacaq. Müxalifət partiyaları isə qənaətin həddən artıq olacağı təqdirdə azlıq təşkil edən hökuməti devirməklə hədələyib.

ARHD.AZ xəbər verir ki, Bayru fransızlara kütləvi qurbanların labüd olması barədə xəbərdarlıq edib, amma gələn il müdafiə xərcləri artırılacaq.

Bazar günü müdafiə xərclərinin yenidən artırılacağını bildirən dövlət başçısı Emmanuel Makron parlament üzvlərini yeni etimadsızlıq səsverməsi təşəbbüsünü qaldırmamağa çağırıb. O qeyd edib ki, dekabrda keçirilmiş etimadsızlıq səsverməsi şirkətlərə ziyan vurub və 2025-ci ilin büdcəsinin qəbulunu gecikdirərək müdafiə xərclərinin artırılmasını ləngidib. Bu barədə “Reuters” məlumat verib.

Ehtimal edilir ki, solçu partiyalar sosial xərclərin ixtisarına qarşı çıxacaqlar. İfrat sağçı qüvvələr isə genişmiqyaslı xərclərin dondurulmasının fransız vətəndaşları üçün ədalətsiz olduğunu və onları Bayrunun planlarına qarşı çıxmağa sövq edə biləcəyini bildiriblər.

Baş nazirin məqsədi büdcə kəsirini builki ÜDM-in 5,4 faizindən 2029-cu ilə qədər 3 faizədək azaltmaqdır. Maliyyə bazarları və reytinq agentlikləri Bayrunun bu planları parlamentdə qəbul etdirə biləcəyi ehtimalını, həmçinin bunun yeni siyasi böhrana səbəb olub-olmayacağını diqqətlə izləyirlər.

Makronun ikinci prezidentlik müddətində, xüsusən son iki ildə dövlət maliyyəsinin vəziyyəti xeyli pisləşib. O, 2017-ci ildə ilk dəfə seçilərkən, sağ və sol qüvvələr arasındakı parçalanmanı aradan qaldıracağına və Avrozonanın ikinci ən böyük iqtisadiyyatını vergi güzəştləri və islahatlarla modernləşdirəcəyinə söz vermişdi. Lakin sonrakı böhranlar – kütləvi etirazlar, COVID-19 pandemiyası və sürətlə artan inflyasiya ölkənin həddindən artıq çox pul xərcləmək vərdişindən əl çəkmədiyini göstərib.

Baxış sayı: 4 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə