İran XİN: ABŞ-ın zərbələri nüvə obyektlərinə böyük ziyan vurub

Bakı, 2 iyul, ARHD.AZ



İran XİN: ABŞ-ın zərbələri nüvə obyektlərinə böyük ziyan vurub


ABŞ-ın hava zərbələri İranın nüvə obyektlərinə ciddi zərər vurub və hazırda dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər aparılır.

ARHD.AZ xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News” telekanalında uranın zənginləşdirilməsi zavodunun vəziyyəti ilə bağlı sualı cavablandıran zaman deyib.

Nazir İran Atom Enerjisi Təşkilatının “Fordo” obyektinə dəyən zərərin nəticələrinin qiymətləndirilməsi ilə məşğul olduğunu və gələcəkdə bu barədə hökumətə hesabat təqdim ediləcəyini bildirib.

Tehranın zədələnmiş obyektdə uranın zənginləşdirilməsi prosesini bərpa etmək niyyətində olub-olmaması ilə bağlı suala cavabında Abbas Əraqçi onun yenidən işə salınması barədə qərarın hesabatdan sonra veriləcəyini vurğulayıb.

O, həmçinin İranın bir neçə ay ərzində uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi ilə bağlı ekspert rəylərini şərh edərkən bunun ölkənin texnoloji imkanlarına əsaslandığını deyib. “Texnologiyalar və elmi biliklər bombardmanla məhv edilə bilməz”, - deyə XİN rəhbəri əlavə edib.

Nazirin sözlərinə görə, İranın nüvə proqramı müstəsna olaraq dinc xarakter daşıyır və respublika rəhbərliyi dünya ictimaiyyətini buna inandırmağa davam edəcək.

Qeyd edək ki, “Fordo” uran zənginləşdirmə obyekti Tehrandan 150 kilometr cənubda Qum şəhəri yaxınlığında dağlıq ərazidə tikilib. Onun yer səthindən təxminən 80-100 metr dərinlikdə yerləşdiyi ehtimal olunur.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə