Böyük Britaniyada hərbi bazaya hücum edən qruplaşma üzvləri terror ittihamı ilə saxlanılıblar

London, 27 iyun, ARHD.AZ



Böyük Britaniyada hərbi bazaya hücum edən qruplaşma üzvləri terror ittihamı ilə saxlanılıblar


Böyük Britaniyada antiterror polisi “RAF Brize Norton” hərbi hava bazasına icazəsiz daxil olan və təyyarələri boyayaraq zədələyən dörd nəfəri saxlayıb.

ARHD.AZ BBC-yə istinadla xəbər verir ki, hücumun məsuliyyətini Fələstin tərəfdarı olan “Palestine Action” qrupu öz üzərinə götürüb. Ötən cümə günü internetdə yayımlanan görüntülərdə gecə vaxtı bazaya daxil olan iki nəfərdən birinin skuterlə hərbi təyyarəyə yaxınlaşaraq onun mühərrikinə boya püskürtdüyü müşahidə edilib.

Cənub-Şərq Antiterror Polisi insidentlə bağlı biri 29 yaşlı evsiz qadın, digərləri isə 24 və 36 yaşlı London sakinləri olan iki kişi olmaqla, üç nəfəri “Terrorizm Aktı 2000”in 41-ci maddəsinə əsasən terror əməllərinin törədilməsi, hazırlanması və ya təşviqi ittihamı ilə saxlayıb. Bundan əlavə, 41 yaşlı başqa bir evsiz qadın isə həmən şəxslərə yardım etməkdə şübhəli bilinərək tutulub.

Britaniya hökuməti bu hadisədən sonra “Palestine Action” qrupunu qadağan edilən təşkilatlar siyahısına salmaq niyyətində olduğunu bəyan edib. Daxili işlər naziri İvet Kuper bu barədə qanun layihəsinin iyunun 30-da Parlamentə təqdim olunacağını bildirib.

Baxış sayı: 4 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə