Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

İstanbul, 20 iyun, ARHD.AZ




Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Federal Kansleri Fridrix Mers arasında telefon danışığı olub.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Açıqlamaya əsasən, danışıq zamanı İsrail ilə İran arasındakı qarşıdurma, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan İranla nüvə mübahisələrinin həll yolunun danışıqlar masası olduğunu, İsrailin İrana hücumu ilə başlayan qarşıdurma prosesinin bölgənin təhlükəsizliyi üçün ən yüksək səviyyədə təhdid yaratdığını, alovlanan bu hadisələrin bölgəyə və Avropaya miqrasiya axını, eləcə də nüvə sızıntısı ehtimalı baxımından zərər verə biləcəyini qeyd edib.

Türkiyə Prezidenti ölkəsinin qarşıdurmanın sona çatdırılması və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, bu səylərin davam edəcəyini vurğulayıb.

Baxış sayı: 3 426

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə