Türkiyə Prezidenti Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı ərəfəsində sosial şəbəkələrdə paylaşım edib

Ankara, 19 iyun, ARHD.AZ




Türkiyə Prezidenti Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı ərəfəsində sosial şəbəkələrdə paylaşım edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı, fəlakət zonasında 49 min yaşayış və kommersiya obyektinin sahibinin püşkatma yolu ilə müəyyənləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşım edib.

ARHD.AZ xəbər verir ki, Türkiyənin dövlət başçısı Kahramanmaraşın mərkəzində yeni salınan yaşayış massivinin qardaş Azərbaycanın dəstəyi ilə başa çatdığını qeyd edib.

Prezident Ərdoğan Türkiyə və Azərbaycanın Dövlət bayraqlarının müşayiəti ilə yayımlanan paylaşımında qeyd edib: “Bu gün biz qardaş Azərbaycanın dəstəyi ilə tikilmiş “Azərbaycan” məhəlləsi də daxil olmaqla 49 min yaşayış və kommersiya obyektinin sahiblərini müəyyənləşdirməyi planlaşdırırıq. Beləliklə, təbii fəlakət zonasının sakinlərinə təqdim olunan yaşayış obyektlərinin ümumi sayı 250 minə çatacaq”.

Türkiyə Prezidentinin paylaşımında 2023-cü ilin fevral zəlzələləri zonasında Kahramanmaraşın “Azərbaycan” məhəlləsi və başqa yeni yaşayış massivlərini əks etdirən videoçarx da yerləşdirilib.

Baxış sayı: 8 424

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə