İtaliya Baş nazirinin müavini: Vətəndaşlarımız Azərbaycan vasitəsilə İranı tərk ediblər

Roma, 18 iyun, ARHD.AZ



İtaliya Baş nazirinin müavini: Vətəndaşlarımız Azərbaycan vasitəsilə İranı tərk ediblər


Ümumilikdə 29 İtaliya vətəndaşı quru yolu ilə Azərbaycan vasitəsilə İranı tərk edib.

ARHD.AZ xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Görülmüş işlərə görə Tehrandakı və Bakıdakı səfirliklərimizə, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Böhran bölməsinə təşəkkür edirik. Bölgədəki digər italiyalıların təhlükəsizliyinin təmin olunması üçün işləri davam etdiririk”, - deyə Baş nazirin müavini bildirib.

Baxış sayı: 7 565

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə