Bakı, 18 iyun, ARHD.AZ




Azərbaycanın və Belarusun müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri davam edir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edib və abidə önünə əklil qoyub.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən ARHD.AZ-a verilən məlumata görə, Belarus Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi təşkil olunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov ilə Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti, həmçinin Belarus Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbi təhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələr barədə brifinq təqdim olunub.

Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində olan Azərbaycan müdafiə nazirinə məntəqənin əsas fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.

Baxış sayı: 5 443

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə