Ankara, 18 iyun, ARHD.AZ





“TRT Haber” Kahramanmaraşın “Azərbaycan” məhəlləsi barədə reportaj yayımlayıb


Türkiyənin “TRT Haber” telekanalı ölkəmizin dəstəyi ilə tikintisinin tamamlandığı Kahramanmaraşın “Azərbaycan” məhəlləsi barədə reportaj hazırlayıb.

ARHD.AZ xəbər verir ki, süjetdə qeyd olunur ki, iyunun 19-da Kahramanmaraşda təbii fəlakət zonasında bərpa-quruculuq işləri başa çatmış 250 mininci mənzilin açarlarının təqdim edilməsi mərasimi keçiriləcək. Həmin gün 2023-cü ilin fevralında baş verən zəlzələlərin episentrinə çevrilən vilayətdə yeni evlərin sahibləri püşkatma ilə müəyyənləşəcək.

Reportajda Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun Kahramanmaraşın “Azərbaycan” məhəlləsinə həsr etdiyi paylaşımı da yer alıb.

O qeyd edir ki, Kahramanmaraşın mərkəzində yeni yaşayış sahəsi 1183 yaşayış və 1595 ticarət obyektindən ibarətdir. Burada Heydər Əliyev adına ibtidai məktəb də tikilib.

Türkiyəli nazir yazıb: “Çətin keçmişdən sevincli bu günə - birlikdə güclü gələcəyə. Bu salnamənin adı Kahramanmaraşdır”.

Baxış sayı: 5 327

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə