Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək

Moskva, 17 iyun, ARHD.AZ




Kreml: Rusiya və Türkiyə XİN və müdafiə nazirlikləri xətti üzrə təmasları intensivləşdirəcək


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkənin xarici siyasət və müdafiə qurumları arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dövlət başçılarının telefon danışığının nəticələrini şərh edərkən bildirib.

“Prezidentlər bir sıra nazirliklər arasında təmasların fəallaşdırılması barədə razılığa gəliblər. Açıq şəkildə deyim ki, bu situasiyada Yaxın Şərqdəki gərginliyi nəzərə alaraq əsasən iki nazirlik nəzərdə tutulur: hər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri”, – deyə Uşakov qeyd edib.

Bundan əlavə, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Türkiyə nümayəndələri bu həftə keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ayrıca görüşlər də keçirəcəklər.

Baxış sayı: 5 650

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə