Sankt-Peterburq, 13 may, ARHD.AZ


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında “Ümummilli Lider Heydər Əliyev – müstəqil və suveren Azərbaycanın Konstitusiyasının müəllifi” mövzusunda tədbir və konsert proqramı keçirilib.

ARHD.AZ xəbər verir ki, tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski, Sankt-Peterburq hökumətinin və Qanunvericilik Məclisinin nümayəndələri, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanın baş konsulları, diaspor fəalları, tələbələr, incəsənət və elm xadimləri iştirak ediblər.

Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Anar Yusifzadə çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız üçün misilsiz tarixi şəxsiyyət olduğunu, onun müstəqil və qüdrətli Azərbaycanın banisi kimi müasir dövlətçiliyimizin təməlini qoyduğunu bildirib. O qeyd edib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə bunun bariz sübutudur.

Rusiya XİN-in Sankt-Peterburq nümayəndəliyinin rəhbəri Maksim Poletayev çıxışında Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edib və iki ölkə arasında strateji tərəfdaşlığın məhz onun və Prezident Vladimir Putinin iradəsi ilə formalaşdığını vurğulayıb.

Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, onun diaspor birliyinə və Rusiya ilə dostluğa verdiyi əhəmiyyətə toxunub.

Türkiyənin baş konsulu Özgün Talu Azərbaycan–Türkiyə münasibətlərinin Heydər Əliyev tərəfindən qoyulan təməl üzərində inkişaf etdiyini bildirib.

Sonra Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin tədbir iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə Heydər Əliyevin Azərbaycanı Avrasiya regionunun əsas iqtisadi və mədəni mərkəzinə çevirdiyi və onun Sankt-Peterburqa xüsusi münasibət bəslədiyi qeyd olunub.

Bədii hissədə Azərbaycanın Əməkdar artistləri Elnarə Məmmədova və Regina Rüstəmova, konservatoriya tələbəsi Teymur Kazımov və digər ifaçılar çıxış ediblər. Konsert proqramında Fikrət Əmirov, Tofiq Quliyev, Asəf Zeynallı, Cahangir Cahangirov və Müslüm Maqomayevin əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, kitab və foto sərgisi təşkil olunub.

Baxış sayı: 8 765

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə