Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

Moskva, 17 iyun, ARHD.AZ




Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib


Rəsmi Moskva Rusiya vətəndaşlarının İrandan təxliyəsi ilə bağlı Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov deyib ki, rusiyalıların İrandan təxliyəsi Azərbaycanla sərhəddə yerləşən keçid məntəqələri vasitəsilə həyata keçirilir:”Bakı təxliyə üçün əlverişli şərait yaradıb. Buna görə Moskva Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirir. Rusiyalıların təxliyəsi və koordinasiyası üzrə işlər 24 saat fasiləsiz rejimdə davam etdirilir”.

Kreml nümayəndəsinin sözlərinə əsasən, Rusiyanın Tehrandakı səfirliyi öz müşahidəsi altında olan vətəndaşların sayına dair dəqiq məlumata malikdir və İrandan çıxmaq istəyən hər kəsi diqqətlə izləyir. Xüsusi diqqət onların təhlükəsizliyinin təmin olunmasına yönəldilib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Tehrandakı səfirliyi məlumat yayaraq bildirib ki, 14-15 iyun tarixlərində İrandan Azərbaycana azı 313 Rusiya vətəndaşı təxliyə olunub. Onların arasında xarici nümayəndəlik əməkdaşlarının ailə üzvləri, P. İ. Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri və Fyodor Bondarçukun çəkiliş qrupu da olub.

Baxış sayı: 5 733

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə