Rusiya XİN: Ruslar quru yolu ilə İrandan Azərbaycana keçə bilərlər

Bakı, 16 iyun, ARHD.AZ



Rusiya XİN: Ruslar quru yolu ilə İrandan Azərbaycana keçə bilərlər


Ruslar İrandan quru yolu ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə quru yolu ilə ölkəni tərk edə bilər. İsraildən isə qonşu Misirə və ya İordaniyaya gedə bilərlər", - mətndə deyilir.

Rusiya diplomatik missiyası, həmçinin İsrail və İrandakı ruslara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edir.

Baxış sayı: 5 344

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə