Roma Papası dünyada sülh üçün çağırış edib

Vatikan, 15 iyun, ARHD.AZ




Roma Papası dünyada sülh üçün çağırış edib


Gəlin, Yaxın Şərqdə, Ukraynada və bütün dünyada sülh üçün dua edək.

ARHD.AZ xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı deyib.

Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan qarşısında çıxışında Papa Leo beynəlxalq ictimaiyyətdən döyüşlərin dayanması, mülki insanların qorunması, sülh naminə dialoqa başlanması və ciddi humanitar böhrandan zərər çəkmiş əhaliyə zəruri yardımların göstərilməsi üçün səyləri əsirgəməməyi xahiş edib. Bildirib ki, dünyada davamlı sülhün təmin olunması yollarına böyük ehtiyac var.

Roma Papası, həmçinin Myanmada sülh üçün inklüziv dialoqa çağırıb, Nigeriyada zorakılıq qurbanları və Sudanda partlayış nəticəsində öldürülən kilsə keşişi ilə bağlı başsağlığı verib.

Baxış sayı: 4 367

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə