Vatikan, 11 iyun, ARHD.AZ
Papa Leo Vatikanda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
ARHD.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə hazırda dünyada yaşanan müxtəlif böhranların həllində BMT-nin üzləşdiyi çətinliklər nəzərdən keçirilib. Eyni zamanda, konkret münaqişə və qeyri-sabitlik situasiyaları, BMT tərəfindən həyata keçirilən müxtəlif proseslər və qarşıdan gələn sammitlər barədə müzakirələr aparılıb.
Vurğulanıb ki, Müqəddəs Taxt-Tac BMT-nin dünyada sülhün təmin olunması istiqamətində səylərini dəstəkləyir.
























