Tramp: Milli Qvardiya təhlükə sovuşana qədər Los-Ancelesdə qalacaq

Vaşinqton, 10 iyun, ARHD.AZ



Tramp: Milli Qvardiya təhlükə sovuşana qədər Los-Ancelesdə qalacaq


ABŞ Prezidenti Donald Tramp hərbçilərin Los-Ancelesdə olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib.

ARHD.AZ-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında Milli Qvardiya qoşunlarının Los-Ancelesdə təhlükə tamamilə sovuşana qədər qalacağını açıqlayıb. Tramp ən fövqəladə addım olan Üsyan Aktına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"Əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. Baxacağıq. Ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub", - deyə Tramp bildirib.

Baxış sayı: 4 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə